ADAU-da təhsilin keyfiyyətini təkmilləşdirmə istiqaməti üzrə seminarlar davam edir

Azərbaycan Dövlət Aqrar Universitetilə (ADAU) Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsi prosesi davam edir.

Növbəti seminar Ege Universitetinin professoru Necip Tosun tərəfindən “Bitki korumada elektrostatik ilaçlama yöntemi ve önemi” mövzusunda təşkil olunub.

Seminarda Universitetin Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.

N.Tosun elektrostatik püskürtmə texnikası və bitki mühafizə vasitələrini elektriklə doldurmaqla onları daha effektiv şəkildə tətbiq etməyə imkan verməsi barədə danışıb. Bu üsulla, kimyəvi maddələrin və ya bioloji Bitki Mühafizəsi Məhsullarının (PPP) hədəf səthlərə daha yaxşı yapışmasını təmin etməklə səthdə sürüşmə azalması və tətbiq səmərəliliyinin artırılmasını geniş şəkildə izah edib. Elektrostatik püskürtmənin davamlı tətbiqi kənd təsərrüfatı üçün həm iqtisadi, həm də ekoloji cəhətdən təmiz olduğu üçün bitki mühafizəsi praktikasında mühüm yenilik kimi qəbul edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


ADAU-da təhsilin keyfiyyətini təkmilləşdirmə istiqaməti üzrə seminarlar davam edirADAU-da təhsilin keyfiyyətini təkmilləşdirmə istiqaməti üzrə seminarlar davam edirADAU-da təhsilin keyfiyyətini təkmilləşdirmə istiqaməti üzrə seminarlar davam edirADAU-da təhsilin keyfiyyətini təkmilləşdirmə istiqaməti üzrə seminarlar davam edirADAU-da təhsilin keyfiyyətini təkmilləşdirmə istiqaməti üzrə seminarlar davam edirADAU-da təhsilin keyfiyyətini təkmilləşdirmə istiqaməti üzrə seminarlar davam edir