ADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu beynəlxalq əməkdaşlıq çərçivəsində bağlanmış müqaviləyə əsasən Almaniya dövlətinin “Tierschutz Entwicklungshilife e.v” təşkilatı ilə Azərbaycanda sahibsiz heyvanların qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması aksiyası keçirir.

Bu aksiyaya Almaniya, Avstriya və Rusiyadan olan 15 veterinar həkim-cərrah və feldşer-assistentləri qatılıb.

Aksiya çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olan mütəxəssislər Baytarlıq təbabəti fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə birlikdə Gəncə şəhəri ərazisində olan sahibsiz heyvanların qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması prosesini həyata keçirib.

Şəhərin heyvan sığınacağı olan “Yuva” sığınacağından sahibsiz küçə heyvanları da bura gətirilərək qısırlaşdırılma və quduzluq peyvəndlənməsi aparılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova aksiyanı yaxından izləyərək, bu cür təşəbbüslərə ehtiyac olduğunu diqqətə çatdırıblar.

Bildirilib ki, Azərbaycan Dövlət Aqrar Universitetində gün ərzində 100-dən çox sahibsiz küçə heyvanlarının qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması prosesi həyata keçiriləcək.


ADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilibADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilibADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilibADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilib
ADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilibADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilibADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilibADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilibADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilibADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilibADAU-da sahibsiz heyvanların qısırlaşdırılması və quduzluq peyvəndinin vurulması aksiyası keçirilib