Dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə ADAU-da “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavini Elmar Fətəliyev, Universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova və tələbələr iştirak ediblər.

Çıxış edənlər dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıblar. Bildirilib ki, Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır. Eyni zamanda, gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunması və dini radikalizmin fəsadları ilə bağlı da fikir mübadiləsi aparılıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.


Dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışılıbDini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışılıbDini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışılıbDini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışılıbDini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışılıbDini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışılıbDini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışılıbDini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışılıbDini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışılıb