ADAU-da təhsil alan türk tələbələr diqqət mərkəzindədir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) rəhbərliyinin təşəbbüsü ilə Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop ilə burada təhsil alan türkiyəli tələbələr arasında keçirilib.

Görüşdə Universitet rəhbərliyi və professor-müəllim heyəti də iştirak edib.

Görüşün məqsədi qardaş ölkədən təhsil almaq üçün gələn tələbələrin sosial-məişət şəraiti, imtahan prosesi və digər məsələlərlə bağlı fikir və təkliflərini dinləmək olub.

Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov türk tələbələrlə görüşlərin mütəmadi keçirildiyini bildirərək bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

Baş konsul Rəcəb Öztop yaradılan şərait üçün minnətdarlığını ifadə edərək, tələbələrə gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssisi olmaq üçün çox çalışmağı tövsiyə edib.

Sonra tələbələrin fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.


ADAU-da təhsil alan türk tələbələr diqqət mərkəzindədirADAU-da təhsil alan türk tələbələr diqqət mərkəzindədirADAU-da təhsil alan türk tələbələr diqqət mərkəzindədirADAU-da təhsil alan türk tələbələr diqqət mərkəzindədirADAU-da təhsil alan türk tələbələr diqqət mərkəzindədirADAU-da təhsil alan türk tələbələr diqqət mərkəzindədir