ADAU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Dillər kafedrasında 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir təşkil olunub.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra Beynəlxalq Ana Dili gününə həsr olunan videoçarx nümayiş olunub.

Çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, Dillər kafedrasının dosenti Sahib Axundov, baş müəllimlər Aidə İsmayılova, Ramilə Süleymanova, Lalə Abdullazadə vurğulayıblar ki, dil hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisi, Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir.

Natiqlər öz çıxışlarında Azərbaycan xalqının Ümummilli Lideri, doğma ana dilinin gözəl bilicisi Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dilimizə göstərdiyi qayğı və diqqətdən söhbət açıblar.


ADAU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilibADAU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilibADAU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilibADAU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilibADAU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilibADAU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib