ADAU-da arıçılıqla bağlı təlim proqramı başa çatıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Arıçılıq Tədris Mərkəzində keçirilən “Arıçılıq məhsullarının istehsal texnologiyası” adlı iki həftəlik təlim proqramı başa çatıb.

14 gün davam edən təlim proqramında ADAU-nun Arıçılıq Tədris Mərkəzinin rəhbəri İsa İsrafilov təlim iştirakçıları ilə öz bilik və təcrübələrini bölüşüb. Təlim proqramı çərçivəsində iştirakçılara arıçılığın mövcud vəziyyəti, arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə, profilaktika tədbirləri, arıların bəslənməsi və onlara düzgün qulluq qaydaları barədə məlumat verilib. Bütün təlim günləri ərzində məruzələrdən sonra arıçılarla geniş diskussiyaya yer verilib, sualları ətraflı cavablandırılıb.

Təlimin bağlanış mərasimində çıxış edən Universitetin rektoru Zəfər Qurbanov arıçıları təbrik edərək bu cür təlimlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Rektor bildirib ki, praktiki cəhətdən təcrübəyə malik olan arıçılar nəzəri biliklərini də inkişaf etdirməklə işğaldan azad olunan ərazilərimizdə xüsusilədə Kəlbəcər rayonunda bu sahənin inkişafında müstəsna xidmətlər göstərəcəklər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.


ADAU-da arıçılıqla bağlı təlim proqramı başa çatıbADAU-da arıçılıqla bağlı təlim proqramı başa çatıbADAU-da arıçılıqla bağlı təlim proqramı başa çatıbADAU-da arıçılıqla bağlı təlim proqramı başa çatıbADAU-da arıçılıqla bağlı təlim proqramı başa çatıbADAU-da arıçılıqla bağlı təlim proqramı başa çatıbADAU-da arıçılıqla bağlı təlim proqramı başa çatıb