ADAU-da “AQRO 2: Beynəlxalq Kənd Təsərrüfatı" konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Ege Universitetinin, Kırşehir Ahi Evran Universitetinin, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə "AQRO 2: Beynəlxalq Kənd Təsərrüfatı" onlayn konfransı keçirilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin COP29 ilə bağlı tədbirlər planı çərçivəsində, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov iştirakçıları salamlayaraq, konfransın əsas məqsədinin Azərbaycan kənd təsərrüfatının müasir texnologiyalar və metodlarla inkişaf etdirilməsi, elmi-tədqiqat işlərinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi olduğunu bildirib. Konfransa 24 fərqli ölkələr tərəfindən məqalələrin göndərildiyini vurğulayan Zəfər Qurbanov, belə görüşlərin kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıqlar üçün önəmli bir platforma olacağını vurğulayıb və konfrans iştirakçılarına uğurlar diləyib.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev çıxış edərək konfransın əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra konfransın digər tərəfdaşlarına söz verilib. Çıxış edən məruzəçilər belə konfransların keçirilməsinin gələcək nəsil üçün faydalı olduğunu qeyd edərək, məmnunluqlarını ifadə ediblər.

Konfrans günün ikinci yarısında işini bölmələrdə davam etdirib.

ADAU-da “AQRO 2: Beynəlxalq Kənd Təsərrüfatı" konfransı keçirilibADAU-da “AQRO 2: Beynəlxalq Kənd Təsərrüfatı" konfransı keçirilibADAU-da “AQRO 2: Beynəlxalq Kənd Təsərrüfatı" konfransı keçirilibADAU-da “AQRO 2: Beynəlxalq Kənd Təsərrüfatı" konfransı keçirilibADAU-da “AQRO 2: Beynəlxalq Kənd Təsərrüfatı" konfransı keçirilib