44 gün ərzində qazanılan Qələbə hər bir azərbaycanlı üçün əziz və qiymətlidir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq gününə həsr olunmuş tədbir keçirilib.

Fakültə dekanı Xalıq Xəlilov bildirib ki, Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edirik. Xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Azərbaycanın Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 44 gün ərzində qazanılan bu Qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.

Azərbaycanın bütövlüyü uğrunda birinci və ikinci Qarabağ döyüşlərində Aqrar Universitetin məzunları, tələbələri və əməkdaşları da qəhrəmancasına döyüşmüş və igidlik göstəriblər. Belə məzunlardan Azərbaycanın Milli Qəhrəmanı Qasımov İxtiyar Qasım oğlu və Azərbaycan Bayrağı Ordenli Qəhrəman Allahverdiyev Şahlar Məsim oğlu məhz bu auditoriyada təhsillərini yarımçıq qoyaraq erməni işğalçılarına qarşı döyüşə atılıblar. Torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq.

Çıxış edən Biologiya kafedasının müdiri Arif Qazıyev qeyd edib ki, 30 illik münaqişəni 44 günə başa çatdıran rəşadətli Ordumuz, bu qısa müharibəni dünya hərb tarixinə misli görünməmiş savaş kimi yazıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimiz Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut ediblər. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Daha sonra tədbirdə tələbələrin hazırladığı ədəbi-bədii kompozisiyalar və filmlər nümayiş olunub.


44 gün ərzində qazanılan Qələbə hər bir azərbaycanlı üçün əziz və qiymətlidir44 gün ərzində qazanılan Qələbə hər bir azərbaycanlı üçün əziz və qiymətlidir44 gün ərzində qazanılan Qələbə hər bir azərbaycanlı üçün əziz və qiymətlidir44 gün ərzində qazanılan Qələbə hər bir azərbaycanlı üçün əziz və qiymətlidir44 gün ərzində qazanılan Qələbə hər bir azərbaycanlı üçün əziz və qiymətlidir44 gün ərzində qazanılan Qələbə hər bir azərbaycanlı üçün əziz və qiymətlidir44 gün ərzində qazanılan Qələbə hər bir azərbaycanlı üçün əziz və qiymətlidir