17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib

Bakıda Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib.

Sərgidə Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Belarus, İsrail, Almaniya, Belçika, Latviya, Estoniya və digər ölkələrin şirkətləri də iştirak edib. Bakı Ekspo Mərkəzinin bütün dörd zalını və açıq sahəsini əhatə edən sərgilərə ümumilikdə 38 ölkədən 500-ə yaxın şirkət qatılıb. Regionun ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemləri, qablaşdırma, bu sahədə innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, həmçinin meyvə və tərəvəzlərin yetişdirilməsi sahələrini əhatə edir.

Daha öncə keçirilən Beynəlxalq Kənd Təsərrüfatı sərgilərindən fərqli olaraq sərgilərin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Aqrar İnnovasiyalar Forumu təşkil olunub. Həmçinin bu il ilk dəfə olaraq, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “GreenAgroHack” hakaton yarışması da keçirilib. Hakatonla bağlı ölkənin müxtəlif universitetlərini təmsil edən 60 nəfər tələbə də iştirak edib.

Azərbaycan Dövlət Aqrar Universitetini bu Hakaton yarışmasında 4 tələbə təmsil etmişdir və sevindirici haldır ki, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi eyni zamanda universitetin innovasiyalar mərkəzinin rəhbəri Elvin Ağayevin mentorluq etdiyi komanda Hakatonda 1-ci yerə layiq görülüb.


17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilib