Gənclərin startap və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi üçün “STARTAP DAY” layihəsi keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə-Daşkəsən iqtisadi rayonunda gənclərin (tələbələrin) startap və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə Asiya İnkişaf Bankının sponsorluğu çərçivəsində “STARTAP DAY” adlı layihə həyata keçiriləcək. Layihənin tərəfdaşları Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetidir.

Layihənin məqsədi Gəncə-Daşkəsən iqtisadi rayonunda gənclərin (tələbələrin) startap və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, ideyası və startapı olan gənclərin (tələbələrin) seçilərək 1 aylıq təlimlərə cəlb olunması, təlimlərdə startaplarını ilkin versiyada inkişaf etdirən gənclərin (tələbələrin) komanda formasında yarışlarını təşkil etmək və ümumi proqramın sonunda yarışın təşkil olunması və komandaların qiymətləndirilməsidir.

Layihə 4 mərhələdən ibarət olacaq və bu mərhələlər aşağıdakı kimidir:

Qeydiyyat mərhələsi: 27 noyabr-17 dekabr tarixlərini əhatə edir. Qeydiyyat hissəsində müraciətçinin əsas məlumatları, layihə haqqında məlumatlar tələb olunur. Qeydiyyat layihə üçün yaradılmış xüsusi web vasitəsi ilə aparılacaqdır.

Seçim mərhələsi: 17 dekabr tarixində qeydiyyat bitdikdən sonra 3 gün davam edəcək və qiymətləndirməni hər üç universitetin əvvəlcədən təyin edilmiş mentorları həyata keçirəcək. Qeydiyyatdan keçmiş startapçıların ideyaları innovativlik, sahibkarlıq və seçilmiş meyarlara uyğunluğu yoxlanılaraq seçiləcək.

Təlim mərhələsi: 4 moduldan 8 təlimdən ibarət proqram təşkil olunacaq. Bu proqram daxilində 4 fərqli mövzuda (biznes, soft, network, IT) təlimlər keçiriləcək. Təlimlərdə iştirak edən startap komandaları sonuncu mərhələyə keçəcəklər.

Final mərhələsi: Komandalar hazırladıqları təqdimatları münsiflər heyətinə təqdim edəcək və münsiflər tərəfindən əvvəlcədən müəyyən olunmuş meyarlara əsasən qiymətləndiriləcəklər. Qalib komandalar mükafatlandırılacaq.

Layihədə iştirak üçün müraciətlər aşağıdakı sahələr üzrə aparılacaqdır.
• Maliyyə
• Aqrar və yaşıl texnologiya
• Robot texnologiyası
• Digər

Layihə çərçivəsində təşkil olunacaq təlimlər aşağıdakı sahələr üzrə olacaqdır:

• Biznes təlimlərin ideyadan biznesə, startaplar, BMC, MVP, PİVOT və s; Soft təlimləri komanda işi, liderlik, təqdimat bacarıqları, biznes motivasiya sahəsi və s; Network təlimləri marketinq və networking sahəsi; IT təlimləri isə robot texnologiya sahəsini əhatə etməsi planlaşdırılır.

Son qeydiyyat tarixi: 17.12.2023

Müraciət üçün: https://www.startup-day.org


Gənclərin startap və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi üçün “STARTAP DAY” layihəsi keçiriləcək