Azərsun Holdinq Gəncədə tələbələrin görüşünə gəlir

Azərsun Holdinq 29 may tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnzibati binasının akt zalında tələbələrlə karyera görüşü keçirəcək.

Tədbirdə iştirak edən tələbələrə holdinq tərəfindən hədiyyələrin təqdim olunması da nəzərdə tutulub.

Görüşdə təşkil olunacaq yarışda qalib olan gənclərə xüsusi pul mükafatları təqdim olunacaq.

Qeyd edək ki, görüşə "Aqronomluq", "Marketinq", "Biznesin idarə edilməsi", "Aqromühəndislik" və "Qida mühəndisliyi" ixtisasının III və IV kurs tələbələri dəvətlidir.


Azərsun Holdinq Gəncədə tələbələrin görüşünə gəlir