“AQRO 2: Beynəlxalq Kənd Təsərrüfatı Konfransı”

05-07 iyun 2024-cü il tarixlərində Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyə Cümhuriyyətinin Kırşehir Ahi Evran Universiteti və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) ilə birlikdə “AQRO 2: Beynəlxalq Kənd Təsərrüfatı Konfransı” keçiriləcəkdir.

Geniş məlumat üçün https://www.scienceazerbaijan.org/az/agro saytını izləyə bilərsiniz.

XÜLASƏ GÖNDƏRMƏ. Konqresimizə xülasə göndərməklə müraciət etməlisiniz. Xülasə qiymətləndirmə prosesi maksimum 5 gün çəkir. Müəllifə qiymətləndirmənin nəticəsi barədə gecikmədən məlumat verilir. Xülasələrinizi 24 may 2024 tarixinə qədər izdaskongre@gmail.com e-mailinə göndərə bilərsiniz.

TAM MƏTNİ TƏQDİM EDİN. Tam mətnlərinizin konqres kitabında çap olunmasını istəyirsinizsə xülasəniz qəbul edildikdən sonra TAM MƏTN-lərinizi ən geci 10 iyun 2024-ci il saat 17:00-a qədər göndərə bilərsiniz. izdaskongre@gmail.com ünvanına göndərməlisiniz.

Diqqət: Konfranslara məqalə göndərməzdən öncə çıxış edə biləcəyinizdən tam əmin olmanız lazımdır. Çıxış etmək məcburidir. (Onlayn və yaxud Canlı) Əks təqdirdə sertifikat verilmir. Xülasə və tam mətn yayımlanmır (Xahiş edirik konfranslarda canlı iştirak etmək istədiyinizi konfrans e-mailinə yazasınız). Çıxışlar video qeyd edilir. Eyni zamanda məqalələrinizin tam mətni də Turnite (Plagiat) proqramında yoxlanılır.

QEYD: Azərbaycan Əlaqə: +994 77 331 98 24

Konqreslə bağlı bütün suallarınızı konqres e-mailinə (izdaskongre@gmail.com) göndərə bilərsiniz, konqres koordinatorlarımız gün ərzində cavablandıracaqlar.


“AQRO 2: Beynəlxalq Kənd Təsərrüfatı Konfransı”