Aprel döyüşlərinə həsr olunmuş tədbirlər barədə ƏMR

Azərbaycan Respublikası silahlı qüvvələrinin aprel döyüşləri qələbəsinin ildönümünün universitetdə qeyd edilməsi məqsədilə

ƏMR EDİRƏM:

1. 05 aprel 2024-cü il tarixində aşağıdakı tədbirlər keçirilsin:
1.1. Professor-müəllim heyəti və tələblərin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin;
1.2. Aprel döyüşlərinə həsr edilmiş tədbirlər keçirilsin;
1.3. İlk dərs saatları aprel döyüşlərinə həsr edilsin;
1.4. Aprel döyüşlərini əks etdirən filmlər nümayiş etdirilsin;

2. Tapşırılsın fakültə dekanlarına ictimai təşkilatlarla birlikdə tədbirlərin keçirilməsini təmin etsinlər.

3. Əmr www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

4. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor Aidə Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor Aidə Qasımovanın təhriri məruzəsi.

Rektor
Zəfər Qurbanov