ADAU təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil almaq istəyən tələbələr qeyd olunan ixtisaslar üzrə 2024/2025-ci tədris ilində təkrar ali təhsil almaq üçün müraciət edə bilər.

İxtisaslar

Sənədlərin qəbulu 04 iyun - 31 avqust 2024-cü il tarixlərindəportal.edu.az” saytının vasitəsi ilə həyata keçiriləcək.

Təkrar ali təhsil ödənişli müqavilə əsasında həyata keçirilir.

Müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənn bölümlərini əhatə etməklə tədris olunacaq təkrar təhsil, tələbənin baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq əsasında aparılır.

Belə ki əvvəl aldığı ixtisasın təhsil proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, şəxs həmin fənlər üzrə cari və aralıq attestasiyadan azad olunur.

Təkrar ali təhsil almaq üçün tələb olunan sənədlər aşağıdakılardır;

- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;
- İş yerindən arayış (işlədiyi halda);
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Fərdi müqavilə
- Təhsil haqqını ödəmək barədə sənəd ;
- Sağlamlıq haqqında arayış;
- İpli qovluq.


Təkrar ali təhsilə qəbul müsahibə əsasında aparılır. Müsahibəni uğurla keçən namizədlər təkrar ali təhsil almaq hüququ qazanır. Təhsilini müvəffəqiyyətlə başa vuranlara müvafiq ixtisas üzrə bakalavr peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında dövlət nümunəli bakalavr diplomu verilir.

ƏN ÇOX SORUŞULAN SUALLAR

Əlavə məlumat üçün ADAU Tədris şöbəsinə müraciət edə bilərsiniz.

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 450
E-mail: tedris@adau.edu.az