“9 may faşizm üzərində Qələbə Günü”nün qeyd edilməsi barədə ƏMR

“9 may - faşizm üzərində Qələbə günü”nün universitetdə qeyd edilməsi ilə bağlı

ƏMR EDİRƏM:


1. Fakültə dekanlarına tapşırılsın:
1.1. 08.05.2023-cü il tarixində fakültələrdə Azərbaycan xalqının Böyük Vətən Müharibəsi illərində faşizm üzərində mübarizəsinə həsr olunmuş tədbirlər keçirilsin və “9 may Qələbə Günü”nü əks etdirən film nümayiş etdirilsin.
1.2. İctimai təşkilatlarla birlikdə 1941-1945-ci illər müharibəsi ilə əlaqədar müharibə veteranları, arxa cəbhə zəhmətkeşləri nümayəndələri iştirakçıları ilə tələbələrin görüşlərini təşkil etsinlər.

2. Əmr ADAU-nun www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

3. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Rektor vəzifəsini icra edən
Zəfər Qurbanov