31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər barədə ƏMR

28 mart 2024-cü il
3-22-23/3-1-523/2024


31 Mart - Azərbaycanlıların soyqırımı gününün universitetdə qeyd olunması məqsədilə

ƏMR EDİRƏM:

1. 29 mart 2024-cü il tarixində aşağıdakı tədbirlər keçirilsin:
1.1. Professor-müəllim heyəti və tələbələrin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin;
1.2. 31 mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş anım tədbirlərinin keçirilməsi təmin edilsin;
1.3. İlk dərs saatları 31 Mart - Azərbaycanlıların soyqırımına həsr edilsin;

2. Fakültə dekanlarına tapşırılsın ictimai təşkilatlarla birlikdə tədbirlərin keçirilməsini təmin etsinlər.

3. Əmr www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

4. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: Tərbiyə işləri üzrə prorektor Aidə Qasımovanın təhriri məruzəsi .

Rektor
Zəfər Qurbanov