“20 yanvar” faciəsinin 34-cü ildönümünün qeyd edilməsi barədə ƏMR

“20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən
ƏMR EDİRƏM:

1. Fakültə dekanları ictimai təşkilatlarla birlikdə aşağıda qeyd olunan tədbirləri həyata keçirsinlər:
1.1. ADAU-nun professor-müəllim heyəti və tələbələrin Gəncə şəhər Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin;
1.2. Fakültələrdə 2024-cü il yanvarın 19-da 20 yanvar faciəsinə həsr olunmuş xüsusi toplantılar, dəyirmi masalar keçirilsin, kitab, foto və rəsm sərgisi, ədəbi-bədii kompozisiyalar təşkil edilsin;
1.3. “20 yanvar” faciəsini əks etdirən “Qanlı yanvar” filmi nümayiş etdirilsin;
1.4. 19.01.2024-cü il tarixində ilk dərs saatı “20 yanvar” faciəsinə həsr olunsun;

2. Əmr www.adau.edu.az internet səhifəsində yerləşdirilsin;

3. Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin;

4. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A. Qasımovaya həvalə edilsin.

Əsas: Elm və Təhsil Nazirliyinin Tədbirlər planı, tərbiyə işləri üzrə prorektor Aidə Qasımovanın təhriri məruzəsi.

Rektor
Zəfər Qurbanov