USAİD/PSA-Kənd təsərrüfatının inkişafına dəstək layihəsi

USAİD/PSA-Kənd təsərrüfatının inkişafına dəstək layihəsiSahil Quliyev
Layihə rəhbəri
e-mail: squliyev280@gmail.com

USAİD/PSA-Kənd təsərrüfatının inkişafına dəstək layihəsi-2019-2024-cü illəri əhatə edir. Layihənin əsas məqsədi özəl sektorun inkişafına dəstək, dövlət və özəl sektor assosasiyalarının arasında körpü rolunu oynamaq, ABŞ-la qarşılıqlı ticarətin genişləndirilməsi, seçilmiş dəyər zəncirinin təkmilləşdirilməsi və fermerlərə xidmətdən ibarətdir. Layihədəki rolum fermer təsərrüfatlarına səfər edərək onlara aqronomik məsləhətlər vermək və eyni zamanda Universitet tələbələri və fermerlər üçün təlim kitabçalarının hazırlanmasıdır. Hazırda ilkin olaraq xurma bitkisinin xəstəlik, zərərvericiləri və ümumi aqrotexniki qulluğu ilə bağlı təlim kitabçası hazırlayıram.

Bundan başqa, layihə çərçivəsində tədqiqat xarakteri daşıyan və fermer təsərrüfatlarında rast gəlinən, xüsusilə Azərbaycan şəraitində xurma bağlarında müşahidə edilən xəstəlik və zərərvericilərlə bağlı tədqiqatyönümlü məqalələrin yazılmasına imkanlar yaranır.
Sosial şəbəkələrdə paylaş: