Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan onlayn videokonfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, Ümumilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu öndər özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə ölkədə böhrana son qoyub. Həmçinin ölkəmizin 44 günlük vətən müharibəsində qazandığı qələbədən söz açan rektor, Heydər Əliyev siyasətinin davamçısı cənab Prezident İlham Əliyevin uğurlu siyasətindən də bəhs edib.
Daha sonra “İctimai elmlər və Multikulturalizm” kafedrasının müdiri, dosent Azad Bayramov isə bildirib ki, Ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub.
Tədbirdə Universitetin Marketinq kafedrasının müdiri, dosent Vəfa Məmmədova, Baytarlıq fakültəsinin müəllimi Küşvər Məmmədova və digərləri çıxış edərək bu əlamətdar günlə bağlı fikirlərini bildiriblər.