UNİVERSİTETİN TARİXİ

1918-ci il mayın 28-də Tiflisdə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası iyunun 16-da Gəncəyə köçür və öz ilk yığıncağını hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar təhsil və elm muzeyi”nin yerləşdiyi bu tarixi binada keçirir.

19181918

Sultan Məcid Qənizadənin sədrliyi, Əhməd Cövdət Pepinovun katibliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin parlament iclasında 1919/1920-ci tədris ilində 100 nəfər gəncin xarici ölkələrin ali məktəblərinə göndərilməsi haqqın¬da qərar qəbul edilir, bu məqsədlə dövlət xəzinəsindən Avropaya və Rusiyaya təhsil almağa gedənlərin hər birinə aylıq təqaüd və yol xərci kimi vəsait ayrılır.

Kənd təsərrüfatı ixtisasına yiyələnmək üçün xarici ölkələrə oxumağa göndərilənlər arasında Əhməd Cabbar oğlu Rəcəbli, Hüseyn Hacı Musa oğlu Nağıyev, Bəhram Əlövsət oğlu Abdinov və Mirzə Göygöl (Hacızadə) də var idi.


1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qarşısında duran ən ciddi məsələlərdən biri ölkəmizdə ali təhsil müəssisələrinin yaradılması, ali təhsilli milli kadrların hazırlanması idi. Birinci istiqamətdə əsas diqqət Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı və Pedaqoji İnstitutlarının, həmçinin Milli Konservatoriyanın yaradılmasına yönəldilmişdi. Dördüncü hökumətin sədri Nəsib bəy Yusifbəylinin Parlamentdəki çıxışından bəlli olur ki, ali təhsil sahəsində əsas işlərdən biri Kənd Təsərrüfatı İnstitutunun yaradılması, digəri isə Tiflisdəki Hidromeliorasiya İnstitutunun Bakıya köçürülməsi məsələsi idi. 1919-cu ilin sentyabr ayında min bir əzab-əziyyət bahasına Bakı Dövlət Universiteti təsis edildiyi halda, digər ali məktəblər: Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitut və Konservatoriyanın təsisi ilə bağlı layihə sənədləri hazır olmasına baxmayaraq, onları gerçəkləşdirmək mümkün olmamışdı.

Respublikamızda ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi arxivinin və ADAU-nun arxiv sənədlərinə, həmçinin digər mənbələrə (“XX il, Azərbaycan Kənd Təsərrüfat İnstitutu”, Bakı- 1941, Azərbaycan Sovet Ensiklopediyası, I cild, səh. 145, “Vısokokvalifitsirovannıye kadrı selskomu xozyaystvu”, Baku – Azerneşr, 1957, A.M.Kuliyev”, “SSRİ Ali Təhsil Nazirliyinin 10 aprel 1951-ci il tarixli 594 nömrəli əmrinin AKTİ-nin direktorunun 7 may 1951-ci il tarixli 192-A nömrəli əmrilə elan olunmuş surəti,” “S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 22 iyul tarixli qərarının icrasının təmin edilməsi haqqında Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin 1969-cu il 14 avqust tarixli 291 nömrəli əmri, Azərbaycan Mərkəzi Dövlət Arxivinin AKTİ-yə ünvanladığı məktub, ”Kuznitsa selskoxozyaystvennıx kadrov”, B.B.Xəlilov, H.M.Hacıyev, Z.Q.Verdiyev, Y.F.Qusikov, Baku-1980, “S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyası”, R.A.Qədimov, Bakı-1992, “Azərbaycan Kənd Təsərrüfatı Akademiyası 75 ildə”, M.İ.Cəfərov, Bakı-2004, “Azərbaycan Dövlət Aqrar Universiteti-80”, M.M.Sadıqov, Bakı-2010, “Azərbaycan Dövlət Aqrar Universitetinin professorları”-85, İ.H.Cəfərov, Bakı-2014) istinadən müəyyən edilmişdir ki,Azərbaycanda ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına 1920-ci il noyabrın 13-dən Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində yaradılmış 5 fakültə: neft sənayesi; elektromexanika; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri ilə başlanılmışdır.

ДЕКРЕТ
Азревкома об учреждении Политехнического института
13 ноября 1920 г.
1.Бакинское политехническое училище преобразуется в высшее учебное заведение под наименованием «Бакинский политехнический институт им. Азизбекова» в составе пяти факультетов:нефтепромышленного, электромеханического, инженерно-строительного, сельскохозяйственного и экономического.
2. Помещение и инвентарь Бакинского политехнического училища, а также химическая лаборатория Русского технического с-в передаются в ведение Политехнического института.
3. При комплектовании студенческого состава Политехнического института прежде всего принимаются в студенты ученики Бакинского политехнического училища на следующих основаниях:
Имеющие достаточную общеобразовательную подготовку зачисляются на первый семестр, для неимеющих таковой подготовки установливаются особые занятия по общеобразовательным предметам и наконец, для учеников старших классов организуются особые занятия, которые дали бы им возможность получить техническое образование, достаточное для инженеров соответствующей специальности.
4. Студенты Политехнического института в смысле прав на социальное обеспечение и на все виды продовольствования приравниваются к студентам Государственного университета.
5. Профессора и преподаватели института по получаемому ими содержанию и пайку приравниваются к соответствующему преподавательскому составу Государственного университета.
6. Те из профессоров и преподавателей Университета, а также из служащих в других учреждениях, которые будут привлечены к исполнению профессорских и преподавательских обязанностей в Политехническом институте, должны получить, несмотря на совместительство полное, соответствующее их должностям в Политехническом институте содержание.
7. Организация Политехнического института и выработка положения об институте возлагается на Комитет по профессионально-техническому образованию.


Председатель Азревкома Н.Нариманов
Нарком просвещения Д.Буниатзаде
Секретарь Азревкома Габричидзе


(СУ Азербайджанской ССР, 1920, №7, ст. 632)
Верно:

Директор
Центрального государственного
архива Октябрьской революции и
соц. строительства Азерб. ССР Ф.Т.Алиев

1920Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ölkəmizin ikinci böyük şəhəri Gəncədə yerləşir.
Azərbaycanda ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına 1920-ci ildən başlanılmışdır. Həmin il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin qərarı ilə Bakı Politexnik İnstitutu, dekabrın 14-də həmin İnstitutun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradılmış, fakültə 9 il fəaliyyət göstərmişdir.

Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. Sözügedən fakültə 9 il fəaliyyət göstərmişdir. 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur.

1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup görkəmli rus və digər əcnəbi alimlər cəlb edilmişdir. Aqrar təhsilin, aqrar elmin təşkilində və inkişafında Rusiyanın və digər xarici ölkələrin tanınmış alimləri böyük rol oynamışlar.

Onlardan, elmlər doktorları, professorlar, elmlər namizədləri, dosentlər: A.A.Qrossheym, P.M.Jukovski, A.A.Fyodorov, K.A.Krassuyski, İ.İ.Kalugin, İ.V.Fiqurovski, A.A.Mixaylov, V.V.Akimtsev, D.V.İvanov, İ.P.Pavlov, N.D.Potyomkin, İ.Q.Yesman, A.A.Boqdanovski, S.İ.Draçinski, M.V.Brjezitski, İ.M.Datıyev, D.N.Beketovski, V.İ.Qorbelik, S.V.Krainski, S.Y.Şembel, Y.A.Truvelt, M.A.Xovrenko, P.Y.Qrebennikov, N.İ.Malov, V.İ.Razdorski, Q.İ.Kolotov, B.A.Kolesnikov, N.A.Lebedev, A.N.Şerbakov, A.V.Anuçin, M.Y.Bondareviç, B.L.Mixin, D.A.Şutov, A.S.Krılov, P.Y.Rostovtsev, D.V.Znamenski, V.İ.Lamski, A.N.Lapinski, Y.Y.Ştaerman, M.L.Avdeyenko, P.A.Kurçatov, İ.P.Kuznetsov, V.P.Kavaleridze, K.A.Qorqeladze, M.İzmaylov, L.A.Peltsıx, İ.P.Saraxov, S.İ.Sıromyatnikov, İ.N.Konovalov, M.İ.Kosobutski, T.K.Lepin, S.F.Medvedyev, P.T.Bolqarev, İ.L.Candperi, V.Kislyakovski, V.Ulyanişev, D.M.Qadjiyev, A.İ.Lobik, V.M.Bitski, F.A.Mixaylov, S.İ.Kozmanov, A.A.Mambetov, A.V.Klyuçarev, Lopuxin, Alfimov, Fonşteyn, B.Makinski, E.Kuçayev, Q.X.Kokoşvili, B.S.Serdyukov, A.V.Petrova, L.X.Kara-Murza, V.E.İvnitskaya, A.A.Çernova, L.R.Mediyeva, E.V.Kandelaki, İ.X.Budıka, L.İ.Polyakov, A.M.Caxoyev, N.B.Preobrajenski, V.V.Spasski, F.F.Poroxov, A.M.Çernikov, V.Y.Lipatov, L.M.Çuvatin, V.V.Vavilov, F.İ.Yatsenko, A.Yelpatyevski, S.Y.Qoqeyzel, A.A.Tsion, M.D.Qreçişkin, O.S.Xalvaşi, İ.N.Qvatua, K.N.Poçeçuyev, F.P.Obedkov, L.D.Balatsko, A.Yazıci, A.Çiçikalov, Y.F.Qusikov, M.M.Kirillov, V.A.Kamentsev, B.M.Olivkov, A.İ.Fyodorov, V.L.Selmyanski, N.V.Strijevski, V.A.Korobatov, N.K.Vinnikov, N.M.Borodin, Q.P.Voyniç-Syanojentski, T.Q.Kubatiyeva, L.P.Mediyeva, V.E.İvnitskaya, N.M.Pobedonotsev, M.Y.Bondaroviç, N.S.Marqvelaşvili, V.A.Kamentsev, M.N.Matsedonski, İ.F.Vavilov, A.S.Belousov, F.İ.Yatsenko, N.A.Malinovski, F.E.Şiman, Y.Y.Pilson və digər başqalarını göstərmək olar. Bu alimlərdən bir çoxu müvafiq kafedralara da rəhbərlik etmişlər. Onların elmi rəhbərliyi ilə onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. A.A.Qrossheym bu təhsil ocağında botanika kafedrasının ilk müdiri olmuş, P.M.Jukovski professor kimi çalışmış, hər ikisi SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, A.A.Fyodorov və K.A.Krassuyski isə müxbir üzvü seçilmişlər.

Professor-müəllim heyətinin formalaşdırılmasında əcnəbi alimlərlə birlikdə Azərbaycan ziyalılarının görkəmli nümayəndələri Məmməd Mirzəyev, Əli Xudaverdiyev, İmran Kaşıyev, Mürşüd Vəzirov, Fətullabəy Rzabəyli, Camobəy Cəbrayılbəyli, Hacı Poladzadə, Tağı Nağızadə, Cəfər Cəfərov, Məmmədtağı Əsgərbəyli və başqaları bilavasitə iştirak etmişlər.

Azərbaycan Dövlət Himninin müəlliflərindən biri, görkəmli istiqlal şairi Əhməd Cavad Axundzadənin adı hazırkı ADAU-nun salnaməsinə qızıl hərflərlə yazılmışdır. Onun ədəbi-ictimai fəaliyyətinin müəyyən bir dövrü: 1931-1934-cü illər bu qocaman təhsil ocağı ilə bağlı olmuşdur. Ə.Cavad əvvəllər dilçilik kafedrasının dosenti olmuş, sonralar kafedraya rəhbər¬lik etmiş və ilk professor olmuşdur. Hazırda dillər kafedrası onun adını daşıyır. Dünya şöhrətli alimlər Yusif Məmmədəliyev, Çingiz Cuvarlı, Əlisöhbət Sumbatzadə, Məmmədtağı Qəniyev, İosif Yesman, Mehdixan Vəkilov bu Universitetdə çalışmış, mütəxəssis hazırlığında böyük xidmət göstərmişlər. Həmin dövrdə ölkəyə yüzlərlə kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan yenidən Kənd Təsərrüfatı İnstitutunun yaradılması zərurəti yaranmışdı.

İndiki Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Kənd təsərrüfatı fakültəsinin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu kimi təsis edilmiş, 1931-ci ildə Bakıdan Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytarlıq İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibinə birləşdirilmişdir.

1930-cu ilin dekabr ayında Respublikamızda ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmasının 10 illiyi ilə əlaqədar 1932-ci ildə AKTİ-nin dar çərçivədə 10 illik yubileyi keçirilmiş, 50 çap vərəqi həcmində 1000 nüsxə (500-ü türk (Azərbaycan), 500-ü rus dilində) yubiley toplusu Bakıda “Qızıl Şərq” mətbəəsində nəşr edilmişdir.

1940-cı ildə Respublikamızda ali kənd təsərrüfatı təhsili üzrə mütəxəssis hazırlığının 20 illiyi ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yubileyi keçirilmiş, kənd təsərrüfatı istehsalının və elminin inkişafında böyük xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İnstitutun bir qrup əməkdaşı Sovet İttifaqının orden və medalları ilə təltif edilmişdir.

1950-ci ildə İnstitutun 30 illiyi ilə əlaqədar SSRİ Ali Təhsil Nazirliyinin 10 aprel 1951-ci il tarixli əmrilə AKTİ-nin dar çərçivədə 30 illik yubileyi keçirilmişdir.

Kənd Təsərrüfatı İnstitutunun inkişafı Ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı ilə bilavasitə bağlıdır.

1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Respublikada yüksəkixtisaslı kadr hazırlığında və kənd təsərrüfatı elminin inkişafında böyük xidmətləri nəzərə alınaraq 1969-cu il iyulun 22-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosunun, 1969 –cu il avqustun 30-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında” qərarı qəbul olunmuş, yubileyin keçirilməsi 1970-ci il dekabrın 14-ə təyin edilmiş, Mərkəzi Komitənin katibi Qəmbər Kazımovun sədrliyi ilə 27 nəfərdən ibarət hökümət yubiley komissiyası yaradılmış və həmin qərardan irəli gələn müddəaların icrasını təmin etmək məqsədilə müvafiq orqan və təşkilatlara göstərişlər verilmişdir.

Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri Z.Hüseynovanın 14 avqust 1969-cu il tarixli əmrində yubileyin keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, lakin bəzi üzrlü səbəblərdən yubiley təyin olunmuş müddətdə keçirilməmişdir.

1979
1976-1978-ci illərdə İnstitut rəhbərliyi sadalanan sənədlərə istinadən 50 illik yubileyin keçirilməsi ilə bağlı yuxarı orqanlara yenidən müraciət etmiş və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1979-cu il 13 mart tarixli qərarı ilə 50 illik yubileyin keçirilməsi yenidən gündəmə gəlmişdir. Həmin illərdə Respublikaya rəhbərlik edən Ulu öndər Heydər Əliyevin xidməti sayəsində yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütətəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə ADAU “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.

1980-ci il dekabr ayının 16-da görkəmli dövlət xadimi Heydər Əliyev Gəncəyə gələrək, ”Bakı” kinoteatrının böyük salonunda keçirilmiş təntənəli yığıncaqda Sovetlər İttifaqının rəhbərliyi adından İnstitutun kollektivinə ordeni təqdim etmişdir.

Yarandığı gündən indiyədək, yəni son 100 ildə Azərbaycan Dövlət Aqrar Universiteti çox şərəfli yol keçmiş, ölkəmizin aqrar sektoru üçün 70 mindən çox yüksəkixtisaslı mütəxəssis hazırlamış, onların arasında ruslar, ukraynalılar, belaruslar, gürcülər,türklər, ləzgilər, yəhudilər, tatarlar, yunanlar və başqa millətlərin nümayəndələri olmuşdur. Məzunlar arasında görkəmli alimlər, dövlət və siyasi xadimlər, SSRİ və Azərbaycan SSR Parlamentlərinin deputatları, Sosialist Əməyi Qəhrəmanları olmuşdur. Məzunlardan 13-ü AMEA-nın həqiqi üzvü, 10-u müxbir üzvü seçilmişdir. Görkəmli məzunlardan akademiklər Həsən Əliyev, İmam Mustafayev, Validə Tutayuq, Firuz Məlikov, İlyas Abdullayev, Ələkbər Quliyev, Musa Musayev və onlarla digərləri daim qürur hissi ilə yad edilir.

Keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası adlanır.

Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.

2019-cu ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ADAU-nun 100 illik tarixi ilə bağlı təqdim olunan sənədlərə əsasən 2019 0916 nömrəli Əmtəə nişanını “ADAU-1920” kimi təsdiq etmişdir.

2016-20202016-2020-ci illərdə ölkə Başçısı cənab İlham Əliyev 3 dəfə Universitetdə olmuş, 2 tələbə evinin və 1 tədris korpusunun açılışında iştirak etmişdir. Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə aqrar təhsilə marağın artırılması üçün Universitetə kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla qəbul olunan tələbələrə əlavə təqaüdlər verilir. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə“ Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli Sərəncamına əsasən 2019-cu il martın 1-dən dövlət hesabına artırılan 16000 (on altı min) vahid əlavə təqaüd yerindən Təhsil Nazirliyinin müvafiq əmrləri ilə ADAU-ya əlavə təqaüd yerləri ayrılır.

2016-20202016-20202016-2020

Bu gün ADAU-nun 8 fakültəsi, 37 kafedrasında 550-dən çox professor-müəllim heyəti çalışır, bakalavriat, magistratura və doktorantura səviyyələrində 33 ixtisas, 75 ixtisaslaşma üzrə 6 mindən çox tələbə əyani və qiyabi təhsil formalarında təhsil alır. Tədris 6 ixtisasda ingilis, 10 ixtisasda rus dilində aparılır. 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi ilə həyata keçirilir.

2016-2020

Universitetin dünyanın 20-dən çox ölkəsinin 100-dək universiteti ilə əməkdaşlıq əlaqələri var.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq 2020/2021-ci tədris ilindən Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram əsasında “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Bu gün Universitetdə müasir əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssis hazırlığı üçün zəngin maddi-texniki baza mövcuddur.

Universitetin hədəfi mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq, tələbə sayını əhəmiyyətli dərəcədə artırmaq, beynəlxalq əlaqələri genişləndirmək, yüksək reytinqli ali təhsil müəssisələri sırasına daxil olmaqdır.

2016-2020

2021-ci ildə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.İmzalanma mərasimindən əvvəl Gəncədə səfərdə olan Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti ADAU-nun Tələbə Evi, yeni tədris korpusu, laboratoriyaları ilə tanış olublar.

Universitetin Tələbə Parkında Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən ADAU rektoru, professor İbrahim Cəfərov qonaqları salamlayaraq bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi uzun müddətdir ki, Oklahoma Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir. İki universitet arasında 2019-cu ildə anlaşma memorandumu, 2020-ci ildə isə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu gün imzalanan memorandum ali təhsil müəssisələrinin magistrlərinə birinci il ADAU-da, ikinci ili isə Oklahoma Dövlət Universitetində təhsil almaqla hər iki universitetin diplomunu almaq imkanı qazandıracaq. Bu əməkdaşlığın baş tutmasında USAID Azərbaycan Missiyası və ABŞ-Azərbaycan Ticarət Palatasının müstəsna xidmətləri olmuşdır.

202120212021

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikası ilə ABŞ-ın Oklahoma ştatı arasında 20 ildən artıq davam edən əməkdaşlıq ənənəsinin olduğunu xatırladıb: “Sevindirici haldır ki, 2019-cu ildən bu əməkdaşlıq kənd təsərrüfatı sahəsini də əhatə etməyə başlayıb. Bu gün biz Azərbaycanla Oklahoma ştatı arasında əməkdaşlığı gücləndirəcək vacib bir sənədin imzalanması mərasimində iştirak edirik. İmzalanacaq memorandum kənd təsərrüfatının ən vacib sahələrindən biri olan aqrar təhsil sahəsinin inkişafına müsbət təsir göstərəcək. Qonaqlarımız bu gün universitetimizlə tanış oldular, Azərbaycanda aqrar təhsil sahəsinin inkişafı üçün nə qədər böyük maddi-texniki və elmi potensialın olduğunu gördülər. Biz səbirsizliklə Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin Oklahomaya gedərək öz təhsillərini davam etdirməsini, eyni zamanda Oklahoma Dövlət Universiteti tələbələrinin Gəncəyə gələrək burada təhsil almasını gözləyirik”.

Oklahoma ştatının qubernatoru Con Kevin Stitt imzalanma mərasimində çıxış edərək Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirib: “Azərbaycana səfərimdə mənimlə birgə böyük heyət gəlib. Bu, bizim Azərbaycanla əməkdaşlığa nə qədər böyük önəm verdiyimizi təsdiqləyir. Səfər çox məhsuldar oldu və bu səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanması məraisimində iştirakdan məmnunluq duyuram. Hesab edirəm ki, bu cür əməkdaşlıqlar münasibətlərimizi daha da dərinləşdirəcək, həm Azərbaycan Respublikası, həm də Oklahoma ştatı üçün böyük töhfələr verəcək”.