ADAU-da Latviyalı mütəxəssislərlə növbəti onlayn müzakirə keçirilib

5277

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən icra olunan “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti və zoomühəndislik və Latviya Təbiət Elmləri və Texnologiyaları Universitetinin Baytarlıq fakültələrinin əməkdaşları arasında növbəti onlayn görüş keçirilib. Görüşdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki, baytarlıq istiqaməti üzrə tədris proqramının təkmilləşdirilməsi, onun beynəlxalq akkreditasiyadan keçirilməsi universitetin əsas strateji hədəflərdən biridir. Bildirilib ki, dövlətin dəstəyi ilə son illərdə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin maddi-texniki bazasının müasirləşdirilməsi, baytarlıq klinikasının, 2 heyvandarlıq kompleksinin, süni mayalanma tədris mərkəzinin istifadəyə verilməsi, kadr hazırlığının yalnız dövlət sifarişi əsasında, azərbaycan, rus və ingilis dillərində həyata keçirilməsi, elmi-pedaqoji kadr potensialının gücləndirilməsi bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi, hazırlanan kadrların rəqabət qabiliyyətinin yüksəldilməsi üçün geniş imkanlar açır.
Görüşdə hər iki universitetin əməkdaşları tərəfindən birgə hazırlanmış təhsil proqramının layihəsi barədə geniş məlumat Latviya Təbiət Elmləri və Texnologiyaları Universitetinin Baytarlıq fakültəsinin dekanı professor Kaspars Kovalenko tərəfindən verilib. Təhsil proqramında nəzərdə tutulan fənlərin adı, kreditləri, tədris qrafiki, istehsalat təcrübələrinin təşkili, akademik mobillik və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

5279  5278 5281

5276 5280