Dünyanın bir nömrəli müəllimi Aristotelin təbirincə - 《 Sözün ən gözəli, söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də faydalandığı sözdür 》

Bu gün Torpaqşünaslıq və aqrokimya kafedrasının genişləndirilmiş iclasında AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun doktorantı Gülaliyev Çingiz Gülalı oğlunun torpaqşünaslıq ixtisasında aqrar elmləri üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 《 Azərbaycanın əsas torpaq tiplərinin istilik - elektrik və hidrofiziki xassalərinin dəyişmə qanunauyğunluqları 》 mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsində Aristotel aforizminin əsl təntənəsi oldu. Çox aktual və zamanın tələbinə uyğun bir problemin həllinə həsr olunmuş dissertasiya işi dinləyicilərin böyük marağına səbəb oldu və sual cavabla müşayiət olundu.