Tələbəmiz “Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsində yer tutub

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstək verilməsi məqsədi ilə  keçirilən “Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsi başa çatıb. Təqaüd fondunun ümumi miqdarı 3000 manat  təşkil edir. Müsabiqəyə daxil olan müraciətlər komissiya tərəfindən dəyərləndirilib, 2 tələbə könüllünün hər birinə 500 manat məbləğində birdəfəlik təqaüd verilməsi qərara alınıb. Həmçinin, könüllüllük fəaliyyətinə stimullaşdırılmasına dəstək məqsədi ilə 20 tələbə-könüllünün hər birinə 100 manat pul mükafatı ayrılmasına qərar verilib. Seçilmiş tələbələrdən biri  “dizayn” ixtisası üzrə 1-ci kurs tələbəsi Əhmədova Ağgül İbrahim qızıdır.

Fevralın 8-də YARAT Müasir İncəsənət Məkanında keçiriləcək mərasimdə  təqaüdlər  tələbə könüllülərə təqdim olunacaq.