Tələbələrimiz İsmayıllı və Qəbələdə 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) baytarlıq təbabəti və zoomühəndislik fakültəsində Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestone semestrin əvvəlindən praktiki dərslər aparır və təqdimatlar  edir. Layihə çərçivəsində xarici mütəxəssisin tələbələrlə birlikdə ölkəmizin heyvandarlıq təsərrüfatlarına səfəri də nəzərdə tutulub. Odur ki, 2018-ci ilin aprel ayının 5,6,7-də baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, dosent Telman İsgəndərovun və doktor Brain Milestonun iştirakı ilə "baytarlıq" ixtisası  3-cü kurs tələbələrinin (9 nəfər) İsmayıllı rayonu İvanovka kəndində Nikitin adlı kolxoza və Qəbələ rayonu "Gilan Holdinq Aqrar Kompleks" MMC-yə səfəri təşkil olunub. Tələbələr təsərrüfatlarda tətbiq olunan texnologiyalar, profilaktiki tədbirlərlə yaxından tanış olublar.