Rektor Ibrahim Cəfərov “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında iştirak edəcək tələbələrlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələrinin müxtəlif səviyyəli bilik yarışlarında, olimpiadalarda, müsabiqələrdə uğurlar qazanması geniş vüsət almaqdadır. Bu uğurlardan biri də 2017-ci ilin noyabrın 11-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilmiş "Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışında univesitet komandasının 44 ali məktəbin komandaları arasında 34 xalla 2-ci yeri tutmasıdır.

18 oktyabr 2018-ci il tarixində keçiriləcək növbəti, "Heydər Əliyev və Azərbaycan tarixi" V ümumrespublika bilik yarışında iştirak edəcək komandanın üzvləri ilə görüşən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tələbələrə uğurlar arzulayıb, onların yarışda yenə də universiteti layiqincə təmsil edəcəklərinə əminliyini bildirib. Göstərilən diqqətə görə rektora təşəkkür edən tələbələr bilik yarşmasında uğur əldə edəcəklərinə söz veriblər.