Səsvermə nəticəsi - Tədris ilinin ən yaxşı rektoru İbrahim Cəfərov oldu

          Qafqaz regionu üzrə ən böyük təhsil facebook səhifəsi olan “Azerbaycan Universitetleri” səhifəsi 2015/2016-CI TƏDRİS İLİNİN ƏN YAXŞI REKTORU sosial yarışmasının qalibini elan edib. 1 həftə davam edən və 81.000 nəfərin iştirak etdiyi səsvermənin nəticələrinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İBRAHİM CƏFƏROV Tədris ilinin ən yaxşı rektoru oldu.. 5000 tələbəsi olan ADAU-nun rektoru İbrahim Cəfərov 60,8% səs toplayaraq səsvermədə digər rəqiblərini üstələdi. Səsvermə universitetin tələbə sayı ilə səsvermədə iştirak edənlərin nisbəti və tədris ili ərzində universitet üçün gördüyü işlər əsasında keçirilib.