ADAU-da "Qlobal iqlim dəyişikliyi və aqroekoloji monitorinq" mövzusunda telekörpü keçirilmişdir

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində K.A.Timiryazev adına MKTA-Rusiya Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə "MDB - iştirakçı ölkələrinin aqrar ali məktəblərinin müəllim və elmi işçilərinin ixtisasartırma kursları" proqramı çərçivəsində "Qlobal iqlim dəyişikliyi və aqroekoloji monitorinq" mövzusunda təşkil olunmuş telekörpü- videokonfrans öz işinə başlamışdır.Telekörpüyə Azərbaycan Dövlət Aqrar Universiteti də daxil olmaqla 7 aqrar universitet qatılmışdır.