NİDERLAND KRALLIĞININ APARICI AQROBİZNES ŞİRKƏTLƏRİNİN RƏHBƏRLƏRİ VƏ ADA UNİVERSİTETİNİN ƏMƏKDAŞI UNİVERSİTETƏ SƏFƏR EDİBLƏR

     

ADA Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əməkdaşlıq əlaqələri çərçivəsində Niderland Krallığının Rabobank, FossEugenia, Limburgse Land-en Tuinbouwbond,  PETC+ şirkətinin nümayəndələri və ADA Universitetinin sahibkarlıq, ticarət və innovasiya mərkəzinin icraçı direktoru Tariyel Mirzoyev ADAU-ya səfər ediblər. Qonaqlarla görüşdə universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlər və perspektivlər, ADA Universiteti ilə əlaqələr, tədris və istehsal sahələrinin interqasiyasının əhəmiyyəti barədə danışıb.  Qonaqlar ADAU ilə də əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, universitetin tələbələrinin təcrübələrinin təmsil etdikləri şirkətlərdə təşkilində maraqlı olduqlarını, habelə son illərdə universitetdə yaradılmış şəraitin beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açdığını bildiriblər.

Universitetin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə qonaqlar yeni istifadəyə verilmiş tələbə yataqxana kompleksində, balıqyetişdirmə laboratoriyasında, bildirçin yetişdirilməsi üzrə mərkəzdə, quşçuluq tədris mərkəzində, pataloji anatomiya muzeyində, laboratoriyalara, auditoriyalarda olublar. Səfər çərçivəsində aqronomluq fakültəsində tələbələrlə də görüş keçirilib. Qonaqlar görüşdə təmsil etdikləri şirkətlər barədə informasiyalar, təhsil və təcrübə imkanları barədə təqdimatlar veriblər, müzakirələr aparıblar.​