Mühəndislik fakültəsində tələbə qizlar təbrik edilib

Azərbaycan Dövlət Aqrar Universitetinn Mühəndislik fakültəsində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açaraq bu bayramın tarixi köklərindən, milli-mənəvi dəyərlərin daşıyıcısı olan Azərbaycan qadınının cəmiyyətdə olan mövqeyindən danışıb. Fakültədə təhsil alan və çalışan xanımları təbrik edib, onlara xoş arzularını çatdırıb. Tədbirdə tələbələrin təşkil etdiyi səhnəciklər, şer və mahnılar, ayrı-ayrı musiqi nömrələri maraqla qarşılanıb. Tədbirin sonunda təhsildə və universitetin ictimai həyatında fəal olan tələbə qızlara fəxri fərmanlar təqdim edilib.