Macarıstanlı müəllimlərin mühəndislik fakültəsində ustad dərsləri keçirilib.

24 və 25 Oktyabr 2016-cı il tarixlərində Macarıstanın Dunayvaroş Universitetinin müəllimi  Atilla Szabo və professoru Bela Polatas Azərbaycan Dövlət Aqrar Universitetinə səfər ediblər. Onlar mühəndislik fakültəsinin tələbələri ilə görüş keçirib və muhazirə deyiblər. Muhazirə zamanı istilik sistemi və qaynaq haqqında tələbələrə  yeni məlumatlar verilib. Muhazirədən sonra Atilla Szabo və Bela Polatas universitet ve kampusla tanış olublar.  Daha sonra  Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşları ilə görüşən qonaqlar gələcək ikitərəfli inkişaf perspektivləri ətrafında müzakirə aparıblar.