İbrahim Cəfərov 2017-ci ilin də rektoru seçildi

"2017-ci ilin rektoru" sosial tələbə sorğusunun finalçılarının ilin rektoru uğurunda  mübarizə apardığı yarışma başa çatıb.  Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və  Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bu ad uğurunda apardığı mübarizə ADAU ailəsinin qələbəsi ilə yekunlaşıb. Aqrar təhsil müəssisəsinin rektoru İbrahim  Cəfərov sosial sorğunun qalibi olub.

İbrahim Cəfərov bu sorğuda  2 dəfə qalib adını qazanıb və 2017-ci ildə də diqqət mərkəzində olub.  Yeni və gənc kadrları universitetə cəlb etməklə ADAU-nun simasını tamamilə dəyişən rektor Cənab Prezident İlham Əliyevin iştirak etdiyi 2-ci tələbə yataqxanasının açılışı ilə də gündəmdə olub. Hazırda ən əsas məsələlərdən biri olan tələbə yataqxanası bu universitetdə həllini tapıb. Universitetin şəffaflığı isə hər zaman qorunub.

3 dəfə ilin rektoru sosial tələbə sorğusunun qalibi olan İbrahim Cəfərovu təbrik edirik. Onun şəxsində ADAU ailəsinə daha böyük uğurlara imza atmasını arzulayırıq.