Gəncədəki ali təhsil müəssisələrinin magistratura pillələrinə qəbulun statistik nəticələri açıqlanıb

   2016/2017-ci tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 24110 bakalavr qeydiyyatdan keçib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyadan bildirilib ki, Azərbaycan Dövlət Aqrar Universitetinə 208, Gəncə Dövlət Universitetinə 249, Azərbaycan Texnologiya Universitetine isə 74 yer olmaqla Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrinə ümumilikdə 531 plan yeri ayrımışdır.

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyadan verilən məlumata görə, iki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 5184 bakalavr respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Lakin qəbul olanlardan 730 nəfəri (14 %) müəyyən olunmuş vaxtda ali məktəblərdə qeydiyyatdan keçməmişdir. Boş qalan plan yerlərinə aparılan müsabiqədə isə əlavə olaraq 305 nəfər magistratura səviyyəsinə qəbul olub.

      Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Azərbaycan bölməsi üzrə 5142 (69.85 %), rus bölməsi üzrə 825 (11.21 %), birgə müsabiqə əsasında isə 1395 (18.95%) yer olmaqla ümumilikdə 7362 plan yeri ayrılmışdır. İmtahanının nəticələrinə əsasən, 4769 bakalavr (Azərbaycan bölməsi üzrə 4312, rus bölməsi üzrə 457) magistratura səviyyəsinə qəbul olunmuşdur. Onlardan 2209 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Aşağıdakı cədvəldən də göründüyü kimi qəbul planı 64.78 % dolub. Plan yerlərindən 2593-ü (35.22 %) boş qalmışdır.

      Bu il yalnız Azərbaycan Tibb Universitetində plan yerləri tam, Qafqaz Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Musiqi Akademiyasının plan yerləri 90 faiz və daha çox, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Dövlət Aqrar Univeristeti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının plan yerləri isə 80 faizdən çox dolub.

Magistraturaya qəbulda plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Avrasiya Universitetinə (14.29%) aiddir.

Ayrı-ayrı ali təhsil müəssisələri üzrə plan yerləri və qəbul olan bakalavrların sayı haqqında məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

 

Ali məktəbin adı

Qəbul planı

Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi əsasında)

Qəbulolma faizi

 

 

 

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

 

1.

AzərbaycanDövlətAqrarUniversiteti (Gəncə şəhəri)

208

165 (98)

4 (2)

169 (100)

81.25

2.

Gəncə Dövlət Universiteti

249

189 (68)

0 (0)

189 (68)

75.90

3.

AzərbaycanTexnologiyaUniversiteti (Gəncə şəhəri)

74

30 (15)

0 (0)

30 (15)

40.54

 

 

 

 

 

 

 

 

 

Mənbə: http://www.ganjanews.az