ADAU ilə region fermerləri arasında qarşılıqlı əməkdaşlıq genişlənir

    Bu gün Aqronomluq fakültəsinin müvafiq kafedralar üzrə seçilmiş əməkdaşlardan ibarət qrup heyəti Şəmkir rayonunun Muxtariyyə, Dəllər, Cabbarlı kəndlərində bir neçə fermer təsərrüfatlarında istixanalara baş çəkiblər. Səfər zamanı fermerlərin aqronomluq sahəsində qarşılaşdığı problemlər öyrənilmiş, fermerləri maraqlandıran suallar cavablandırılmışdır. Ümid edirik ki, bu görüşlər ADAU ilə region fermerləri arasında qarşılıqlı əməkdaşlığa zəmin yaradacaqdır!