Çexiyanın nümayəndə heyəti ADAU-ya səfər edib

       Çexiyadan olan  nümayəndə heyətinin üzvləri Gəncə şəhərinə səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar. Qonaqları ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından salamlayan universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov universitetin maddi-texniki bazası, tədris prosesi ilə bağlı məlumat verib. Pataloji anatomiya və anatomiya muzeyləri, quşçuluq və birldirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası, istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə yataqxanası və digər təsisatlarla tanış olan qonaqlar təhsil müəssisəsində Çexiyanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildiriblər.