Aqronomluq ixtisasının II kurs tələbələri  Şəmkir Aqroaz MMC şirkətində olmuşlar

2018-ci il 15 oktyabr tarixində aqronomluq fakültəsinin ümumi əkinçilik,genetika və seleksiya kafedrasının   baş müəllimləri Nizami Kazımov, Zaur Məmmədov aqronomluq ixtisasının II kurs tələbələrinə  Şəmkir Aqroaz MMC-şirkətində   1 ha sahədə qapalı-qrunt şəraitində (kokopit və minvat) qızılgül və pomidor bitkilərinin becərmə texnologiyası haqqında dərs aparmışlar. Tələbələr qapalı qruntda qidalanma ,suvarma və istilik sistemləri ilə yaxından tanış olmuş , həmçinin hazır məhsulların çeşidlənməsi ,qablaşdırılması və saxlanılması işlərini öyrənmişlər .Mərkəzi idarəetmə sistemi tələbələrdə böyük maraq doğurmuşdur.