"Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinin iştirakçıları ADAU-da

"Aqrar ixtisaslaşmış jurnalistlər" layihəsi çərçivəsində respublikanın müxtəlif ali təhsil müəssisələrindən seçilən 35 tələbə Azərbaycan Dövlət Aqrar Universitetinə səfər edib. Layihə iştirakçılarını ADAU-nun müasir təhsil şəraiti, texniki baza, tələbələrin sosial həyatı, heyvandarlıq kompleksi, laboratoriyalar, maşın traktor parkı, istixanalar, vivarium, adlı auditoriyalar, kitabxana və başqa sahələr daha çox maraqlandırıb. Keyfiyyətli aqrar təhsil üçün layihə iştirakçılarında böyük əminlik yaranıb.
Azərbaycan Xalq Cümhuriyyəti muzeyində isə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov layihə iştirakçıları ilə görüşüb, universitetin inkişaf yolundan danışıb, gənclərə tövsiyələrini verib.
Qeyd edək ki, layihə iştirakılarına “Sosial medianın kənd təsərrüfatında rolu”, “Jurnalistikanın əsasları”, “Bitkiçilik”, “Heyvandarlıq”, “Torpaqdan səmərəli istifadə”, “Aqrar sahədə data analitikası və elektron kənd təsərrüfatı”, “Kənd təsərrüfatına dövlət dəstəyi”, “Aqrar məşğulluq və kənd təsərrüfatı kreditləri” mövzularında təlimlər keçiriləcək.