ADAU-ya qəbul olunmuş tələbələrin sənəd qəbulu

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatına start verilib. Azərbaycan Dövlət Aqrar Universitetində də tələbə adını qazanmış abituriyentlər tələb olunan sənədlərini təqdim edərək qeydiyyatdan keçirlər.

Sənəd qəbulunda iştirak edən abituriyentlər və tələbə adı qazanmış övladlarının sevinc hisslərini yaşayan valideynlərinin bir qismi sevinclərini yenigence.com-la bölüşüblər. Onlar qədim Nizami yurdunda yerləşən Aqrar Universitetini seçdiklərinə görə məmnun olduqlarını bildiriblər.

https://www.yenigence.com/adau-ya-q%C9%99bul-olunmus-t%C9%99l%C9%99b%C9%99l%C9%99rin-s%C9%99n%C9%99d-q%C9%99bulu-video/