ADAU-nun tələbələri Sloveniyada

ADAU ilə sıx əməkdaşlıq əlaqələri olan universitetlərdən biri Sloveniyanın Nova Gorica Universitetidir.  Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Sloveniyanın Nova Qoriça universiteti ilə bağlamış olduğu Erasmus + müqaviləsi çərçivəsində universitetin 3 tələbəsi təhsillərini 1 semestrlik Sloveniya Respublikasında davam etdirməyə haqq qazanıblar. Aqrar iqtsadiyyat fakültəsinin  əyani təhsil formasının “Biznesin idarəedilməsi” ixtisası üzrə üçüncü kurs tələbəsi Rüstəmov Camal, “Iqtisadiyyat” və “Menecment” ixtisaslarının birinci kurs magistr tələbələri Hüseynli Ramil və Cəfərov Kamil artıq Sloveniyadadırlar və dərsləri 2017-ci il fevral ayının 28-dən iyun ayının 27-dək davam edəcək. Qeyd edək ki, ADAU-nun dünya iqtisadiyyatı ixtisası üzrə 2-ci kurs doktorantı Camalxanov Elnur da hal-hazırda təhsilini Erasmus+ xətti ilə Nova Qoriça universitetində uğurla davam edirməkdədir.