Adau-nun "kəpəz"i finalda

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu,  Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə 10-cu Ümumrespublika Olimpiadası” fəaliyyətə başlamışdır. 16 aprel 2016-cı il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələdə ADAU-nun "Kəpəz" komandası final mərhələsinə vəsiqə qazanmışdır. Olimpiadanın ilk mərhələsində respublikanın 22 ali təhsil müəssisəsindən 55 komanda iştirak etmiş, onlardan 13 komanda final mərhələsinə vəsiqə qazanmışdır.

"Kəpəz" komandasının tərkibi aşağıdakı kimidir: Komandanın rəhbəri: assistent Həsənova Yeganə 

1. Sahib İbrahimov - Elektroenergetika və İnformasiya texnologiyaları fakültəsi. 

2. Rəşad Kazımov Elektroenergetika və İnformasiya texnologiyaları fakültəsi.

3. Tural Məmmədli - Aqrobiznes və idarəetmə fakültəsi.

Xatırladaq ki, olimpiadanın final mərhələsi 30 aprel 2016-cı il tarixində saat 10:00-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcəkdir. Finalda ilk 4 yerə layiq görülən komandalar sponsorlar tərəfindən təqdim edilən hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaqlar. Tələbələrin olimpiadaya hazırlanmasında göstərdikləri xidmətə görə Elektroenergetika və informasiya texnologiyaları fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Natəvan müəlliməyə və İnformasiya texnologiyaları və sistemləri kafedrasının əməkdaşlarına təşəkkürümüzü bildiririk!