“ADAU” komandası 12-ci ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasında finala vəsiqə qazanıb

29 aprel 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 12-ci “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi Bakı Mühəndislik Universitetində keçirilib. Açılış mərasimində Bakı Mühəndislik Universitetin rektoru, professor Havər Məmmədov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nazir müavini Elmir Vəlizadə,Bakı Dövlət Universitetinin "İnformasiya Texnologiyaları və Proqramlaşdırma" kafedrasında dosentiRamin Mahmudzadə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Texnologiyalar üzrə direktor müavini, dosent Rəşid Ələkbərov, Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev və Bakı Mühəndislik Universitetin “Kompüter və informasiya texnologiyaları” kafedrasının baş müəllimi Etibar Seyidzadəçıxış edib.

Artıq 12-ci ildir təşkil olunan və bu il 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş Olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki bilikləri və bu sahəyə olan maraqlarının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir. Yarış beynəlxalq “ACM/ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə keçirilir. Olimpiada da “C”, “C++”, “Java”, “Pascal” və “Python” proqramlaşdırma dillərindən istifadə edilib. Olimpiadada iştirak etmək üçün respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda qeydiyyatdan keçib vəilk mərhələdə iştirak etmək hüququ qazanıb. Olimpiada da Azərbaycan Dövlət Aqrar Universitetini “ADAU” komandası təmsil edib. “ADAU” komandası ADAU-nun İnformasiya texnologiyaları kafedrasının assistenti, komandanın rəhbəri Etibar Verdiyev, İnformasiya texnologiyaları ixtisasının rus bölməsinin 3-cü kurs tələbəsi, komandanın kapitanı Sahib İbrahimov, İnformasiya texnologiyaları ixtisasının azərbaycan bölməsinin 3-cü kurs tələbəsi, komandanın üzvü Rəşad Kazımov və menecmentixtisasının azərbaycan bölməsinin 3-cü kurs tələbəsi, komandanın üzvü Tural Məmmədlidən ibarətdir. Komandanın hazırlanmasında İnformasiya texnologiyaları kafedrasının dosent əvəzi Mahil Məmmədovyaxından iştirak edib.

Olimpiadanın münsiflər heyətinın qərarına əsasən 5 may 2018-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək Olimpiadanın final mərhələsinə Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Mühəndislik Universiteti,  ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, M. V. Lomonosov adına MDU-nun Bakı filialı, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan-Fransız Universiteti, Milli Aviasiya Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Universiteti və Naxçıvan Dövlət Universiteti vəsiqə qazanıblar.

Qaydalara əsasən Olimpiadanın final mərhələsinə ən yaxşı 4 komanda qalib elan ediləcək. Qaliblər (I-IV yerlər) “Nar” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq.