Azərbaycan Dövlət Aqrar Universitetində Aqronomluq fakültəsinin tələbələri dendroloji bağ salır.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəbbüsü və xeyir-duası ilə yeni tələbə yataqxanasının yanında dendroloji bağ salınır.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə Aqronomluq faükltəsinin tələbə-müəllim  kollektivi bu təşəbbüsə böyük ruh yüksəkliyi ilə qoşulub,  dendroloji bağın sahəsi daşlardan təmizlənib, torpağın səthi hamarlanıb və əkiləcək ağacların yerləri qazılıb.

 Universitetin aqronomluq faültəsinin "aqronomluq" ixtisası üzrə birinci kurs tələbələri artıq 100-ə qədər ağacın yerini hazırlayıb.

Dendroloji bağa Respublikamızın müxtəlif bölgələrindən gətirilən ağac ,kol, yarım kol və başqa bitkilər əkiləcək.