ADAU 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları «Göygöl Şərab» ASC-də

Ölkəmizin aparıcı aqrar-sənaye müəssisələri ilə yaxından tanışlıq Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunan “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci Beynəlxalq Yay Məktəbinin proqramına daxil edilmiş tədbirlərdən biridir. Qəbələ rayonundan sonra, «Göygöl Şərab» ASC-yə təşkil olunan səfərdə tələbələr  müəssisədə yüksək keyfiyyətli konyak və şərab məhsulları,  araq,  klassik üsulla hazırlanan kolleksiyon şampan, eləcə də alkoqolsuz sərinləşdirici içkilərin istehsalı, saxlanılması, tətbiq olunan müasir texnologiyalar, istehsal olunan məhsulların əsas ixrac bazarları, əldə olunan uğurlar və mükafatlar barədə geniş məlumatlar əldə ediblər. Bundan əlavə, «Göygöl Şərab» ASC-nin Firma dükanında təklif olunan məhsullara da baxış keçirilib.