ADAU 1-ci Beynəlxalq Yay Məktəbində növbəti təqdimat “ABAD” layihəsi haqqında olub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunan  1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları üçün növbəti təqdimat “ABAD” layihəsi barədə olub. “ABAD” publik hüquqi şəxsin Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Turanə Qasımova çıxış edərək Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” Mərkəzləri haqqında,ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətləri, məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılması, logistika işinin və satışların təşkili , dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan ailərə dəstək və digər məlumatları iştirakçılara çatdırıb, onları maraqlandıran sualları cavablandırıb.