Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

Epizotologiya, mikrobiologiya və parazitologiya kafedrası

Kafedra müdiri: dos. Zahir ƏLƏSGƏROV

Gəncə şəhəri, Ozan küçəsi, 205

Tel. (+994 22) 266 02 27

E-mail: office@adau.edu.az

 

 

 Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının əsası 1932-ci ildə qoyulmuşdur. Kafedranın yaradılmasında professorlar  S. İ. Draçinski, A. A. Baqdanovski, assistentlər N. V. Strijevski və M. Q. Qəniyev fəal iştirak etmişlər.  Bir qədər sonra S. İ. Draçinski, A. A. Baqdanovski, S. N. Poçeçuyev,  D. M. Bağırov, K. M. Səfərovun, professor təşəbbüsü ilə  epizootologiya kafedrası təşkil edilmişdir.  Vaxtilə  kafedraya professorlardan S. İ. Draçinski, A. A. Boqdanovski,  M. Q. Qəniyev, K. M. Səfərov rəhbərlik etmişlər.  Professor Nadir Sadıx oğlu Abusəlimov parazitologiya kafedrasının yaradıcılarından biri olmuş və həmin kafedranın müdiri vəzifəsində işləmişdir.

Vaxtilə kafedrada çalışmış görkəmli alimlər: Görkəmli alimlərdən akademik Məmmədtağı Qəniyev, Professor Kəbutər Səfərov, professor Yunis Səfərov, professor Raul Qədimov, professor Əmir Əhmədov, professor Ələddin Əsgərov və başqaları.

Kafedranın maddi-texniki bazası: Kafedrada müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilmiş tədris-tədqiqat laboratoriyaları (Baytarlıq Mikrobiologiyası, Baytarlıq Virusologiyası, Baytarlıq İmmunologiyası, Epizootologiya laboratoriyaları) qurulmuş, 12 kompyuter dəstindən ibarət olan “Azvet” Milli Baytarlıq informasiya sistemi üzrə təlim kabineti təşkil edilmişdir. Kafedrada zəngin muzey eksponatlarına malik olan Parazitologiya laboratoriyası da mövcuddur.  İnteraktiv dərslərin təşkili və aparılması üçün kafedrada 1 ədəd proyektor mövcuddur. Müxtəlif layihələr çərçivəsində kafedraya alınmış ən müasir  avadanlıqlar-Avtoklav, Laminar kabinet, Paster Sobası, İnkubator, Sentrofuqa, Bakterisid Lampa, Soyuducu, Frezer, Su hamamı, binokulyar mikroskop, ELİSA sistemi, pH-metr, peşəyönümlü kadrların hazırlanması işinə və məqsədyönlü elmi-tədqiqatların aparılmasına xidmət edir.

Kafedranın mütəxəssis hazırlığında rolu: Respublikada yüksək ixtisaslı baytar həkimlərinin hazırlanmasında aparıcı rola malik kafedralardan biri kimi burada  ali təhsilin bakalavriat və magistratura səviyyələrində baytarlıq, əczaçılıq  (baytarlıqda), zootexniklik və balıqçılıq ixtisaslarında təhsil alanlara azərbaycan və rus dillərində müvafiq fənlər tədris edilir.

Bakalavriat səviyyəsində baytarlıq mikrobiologiyası, baytarlıq virusologiyası, baytarlıq immunologiyası, baytarlıq genetikası (biotexnologiyanın əsasları ilə), epizootologiya və infeksion xəstəliklər, parazitologiya və invazion xəstəliklər, diyar parazitologiyası, antropoozonoz xəstəliklər,quş, arı və balıq xəstəlikləri fənləri tədris olunur.

Magistratura səviyyəsində tədris olunan fənlərə aşağıdakılar daxildir: mikrobiologiya,virusologiya və immunologiya; elmin müasir problemləri; epizootologiya;  at, donuz, xəzdərili heyvanlar, arı və balıqların infeksion xəstəlikləri; quşların infeksion xəstəlikləri; atların və donuzların infeksion xəstəlikləri; invazion xəstəliklərin müasir diaqnoz üsulları; parazitologiya və invazion xəstəliklər baytarlıq entemologiyası; heyvanların protozoozları; araxnoentomologiya; ekoloji parazitologiya; təcrübə işinin  metodikası; infeksion xəstəliklərin müasir diaqnoz üsulları; körpələrin  infeksion xəstəlikləri; xəzdərili heyvanların invazion xəstəlikləri; arı və balıqların invazion  xəstəliklər; heyvanların helmintozları; arı, balıq və xəzdərili heyvanların infeksion xəstəlikləri;övşəyən heyvanların infeksion xəstəlikləri.

Kafedranın elmi istiqaməti: Kafedrada Azərbaycan Respublikasının heyvandarlıq və quşçuluq  təsərrüfatlarında daha çox təsadüf edilən infeksion və invazion xəstəliklərin etiologiyası, epizootologiyası, diaqnostikası və onlara qarşı effekli mübarizə tədbirlərinin işlənib hazırlanması ilə əlaqədar olaraq fundamental elmi-tədqiqat işləri aparılır, alınan nəticələr isə təsərrüfatlara tətbiq olunur. Kafedrada aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq, onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuş, 10-a qədər müəlliflik şəhadətnaməsi alınmış və mühüm təsərrüfat əhəmiyyətli elmi tövsiyyələr işlənib hazırlanmışdır.

Kafedranın professor-müəllim heyəti mütəmadil olaraq baytarlıq elminin aktual problemlərinə həsr edilmiş Beynalxalq elmi konqress, konfrans və simpoziumların işində iştirak etməklə, aktual elmi məruzələrlə çıxış edirlər. Eyni zamanda, kafedranın əməkdaşları Respublikamızın müxtəlif bölgələrində Neyvandarlıq və quşçuluq təsərrüfatları ilə daim sıx əlaqə saxlayır, öz tövsiyələrini verir və real olan problemlərin həlli ilə əlaqədar olaraq əməli köməklik göstərirlər.

Tədris metodoki vəsaitlər: Kafedranın əməkdaşları tərəfindən indiyədək 750-dən çox elmi əsər, o cümlədən 50-dən çox dərslik, dərs vəsaiti, monoqrafiya və tədris-metodiki vəsait yazılmışdır.

Beynəlxalq əlaqələri:Kafedranın Aqrar Universiteti qardaş Türkiyə Respublikasının Selcuk Universiteti, Kars və Ərzurum Universitetləri, İstambul Universiteti, Norvec Təbiət Elmləri Universiteti, Moskva Baytarlıq Akademiyası, Gürcüstan Zoobaytarlıq Akademiyası, Qars-Qafqaz Universiteti ilə sıx əlaqələri mövcuddur.