Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi

ADAU-nun alimləri Qazaxda təlim keçib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı NazirliyininTəhsil və təlim şöbəsi tərəfindən universitetə daxil olan müraciətə əsasən aprel ayı ərzində nəzərdə tutulan təlimlərin keçirilmə qrafikinə uyğun Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin "Epizootologiya, mikrobiologiya və parazitologiya" kafedrasının dosenti Fəxrəddin Mustafayevin, "Heyvandarlıq və balıq məhsualları istehsalının texnologiyası" kafedrasının baş müəllimləri Rafiq Allahverdiyevin, Sənəm İbrahimovanın iştirakı ilə , "Heyvanların infeksion xəstəlikləri, heyvandarlıq və balıqçılıq " mövzusunda Qazax rayon Dövlət Aqrar İnkişaf Mərkəzində növbəti təlim təşkil olunub.

Qazax rayon DAİM-in əməkdaşları və yerli fermerlər təlimdə fəal iştirak edib, heyvandarlıq və balıqçılıqla əlaqədar onları maraqlandıran suallara cavab alıblar.