Mühəndislik fakültəsi

KƏND TƏSƏRRÜFATI TEXNİKASI KAFEDRASI

Kafedra müdiri: dosent Nazim NADİROV

Ünvan:  AZ2016. Gəncə şəhəri, Özan küçəsi 104, Mühəndislik korpusu, otaq  336

Tel. (+994 22) 256 55 61

E-mail: office@adau.edu.az

 

Kənd təsərrüfatı texnikası kafedrası 1931-ci ildə yaradılmış və müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 2015-ci ilin sentyabr ayından Kənd təsərrüfatı texnikası kafedrası adı verilmişdir.

Vaxtilə burada çalışan görkəmli alimlər: t.e.d., prof. Məmmədəli Rüstəm oğlu Məmmədəliyev;  t.e.n., prof. Xosrov Qasım oğlu Quliyev və başqaları.

 Kafedranın maddi-texniki bazası:  Kafedranın nəzdində olan maşın-traktor parkı 2014-cü ildə əsaslı şəkildə yenidən qurulmaqla,  müasir tələblərə cavab verən torpaq­becərən, torpağa gübrəverən, bitki mühafizəsi, toxumsəpən, ot və silosluq bitkiləri yığmaq, çuğundur yığan, kartofbasdıran və yığan maşınlarlar, taxılyığan kombaynlar və digər kənd təsərrüfatı tex­nikaları ilə təchiz olunmuşdur.

    

    

Mütəxəssis hazırlığı aparılan ixtisaslar: Kafedra tərəfindən bakalavriat, magistratura və doktorantura səviyyələrində istehsalatda tətbiq etmək üçün innovativ əsaslarla yeni texno­logi­yanın və texnikanın işlənib hazırlanmasını bacaran aqromühəndislik ixtisası üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Kafedranın elmi istiqaməti: Kənd təsərrüfatı təyinatlı binalarda alternativ enerji və enerjisəmərəli texnologiyanın və qurğuların işlənməsi; respublikanın heyvandarlıq təsərrüfatında texnoloji proseslərin mexanik­ləşdirilməsi üçün avadanlıqlar dəstinin seçilməsi və əsaslandırılması; pambıq bitkisinin becərilməsi zamanı toxumun (kimyəvi üsulla) və torpağın innovativ (enerji, resurs və torpaq qoruyucu) maşın və texnologiya ilə hazırlanması, dəqiq səpininin işlənməsi və əsaslandırılması; tərəvəz bitkilərinin becərilməsində logistik sistemin əsaslandırılması; bildirçin təsərrüfatlarında kombinəedilmiş yemlərə tələbatın dəyər­lən­dirilməsi və proqnozlaşdırılması.