Kafedra müdiri: t.f.d., professor RamiZ XƏLİLOV
Ünvan: Az 2016.Gəncə şəhəri, Özan küçəsi, 104, Mühəndislik korpusu
Tel. (+994 22) 256 81 29
E-mail: office@adau.edu.az
1981-сi ilə qədər “Əmək mühafizəsi” fənni Kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinin Maşın-traktor parkının istismarı kafedrasında tədris edilmişdir. 1981-ci ildə ”Əmək mühafizəsi” fənni “Maşın-traktor parkının istismarı” kafedrasından ayrılaraq, bu adla müstəqil kafedra yaradılmışdır. 11 dekabr 2014-cü ildən “Həyat fəaliyyətinin təhlükəsizliyi” adlandırılmışdır.
Vaxtilə burada çalışmış alimlər: Professor C.Ələkbərov, professor Q.Əliyev, dosent B. A. Həsənov, dosent M.Bağırzadə, dosent B.Həsənov, dosent N.Hacıyev, dosent Ü.Hacıyev və başqları.
Kafedranin maddi-texniki bazası: Kafedrada “Əmək mühafizəsi”, “Mülki müdafiə” fənləri üzrə müvafiq tədris ləvazimatı ilə təchiz olunmuş, bir laboratoriya və iki tədris kabinəsi yaradılmışdır.
Mütəxəssis hazırlığı aparılan ixtisaslar: Kafedra tərəfindən universitetdə bütün ixtisasları üzrə tələbələrə “Əmək mühafizəsi”, “Mülki müdafiə”, “Davamlı insan inkişafı” Həyat fəaliyyətinin təhlükəsizliyi fənləri tədris olunur. Əldə olunan biliklər mütəxəssislərə texnosfera sahəsində təhlükəsiz və rahat istehsal şəraiti yaratmağa, fövqaladə hallarda dağıdıcı təsirlərin aradan qaldırılması, əhalinin və maddi varlıqların mühafizəsini təşkil etməyə, fəaliyyətin ümumbəşəri dəyərlər əsasında qurulmasına, gənclərin idman hazırlığına kömək edir.
Kafedranın elmi istiqaməti: Kafedranın əməkdaşları tərəfində işçi yerlərin erqonometrik parametrlərinin təkmilləşdirilməsi və təşkilatı-texniki tədbirlər yolu ilə aqrar istehsalatda işçilərin əmək şəraiti və mühafizəsinin yaxşılaşdırılması istiqamətində elmi tədqiqat işləri yerinə yetirilir.