Aqrotexnologiya fakültəsi

Yerquruluşu

Kafedra müdiri: dosent əvəzi Aygün Babayeva​

Gəncə şəhəri, M. A. Abbaszadə küç  62,

Tel. (+994 22) 256 37 50

E-mail: info@adau.edu.az

1976-cı ildə AKTİ-də "Torpaqşünaslıq” kafedrasının nəzdində fəaliyyətə başlamış və müxtəlif adlarla fəaliyyət göstərmişdir. 2014-cü ildən “Yerquruluşu və meliorasiya” kafedrası adlanır. Kafedrada bakalavriat səviyyəsində “yerquruluşu, torpaq və şəhər kadastrı” ixtisası üzrə kadr hazırlığı aparılır. 

Vaxtilə burada çalışmış görkəmli alimlər:

Akademik M.İ.Cəfərov, professor R.M.Quliyev, dosent  U.B.Ağayev, dos T.U. 

Rəcəbli, dos Z.İ Süleymanov,  k.t.e.n. N.A Sadıqov və başqaları.

Kafedranın maddi-texniki bazası:

  Proyektorla təmin olunmuş 4 mühazirə otağı

  Qrafiki kompyuterlərlə və müasir proqramlarla təmin olunmuş  3 laboratoriya 

  Müasir alətlər (Elektrotaxometr, rəqəmsal nivelir,GPS, İşıq məsafə ölçəni, Plotter və 

 Kafedra 40 ədəd komputer və elektron lövhələrlə təmin olunmuşdur.

Kafedranın elmi istiqaməti:

 Kafedranın elmi-tədqiqat işinin əsas istiqaməti bazar torpaq münasibətləri, yüksəklik qurşağı və suvarma əkinçiliyi şəraitində torpaq ehtiyatlarından səmərəli istifadənin və onların mühafizəsinin təşkilinə dair nəzəriyyənin və elmi-metodiki əsasların işlənməsindən ibarətdir. Burada əsas məqsəd torpaq islahatı nəticəsində formalaşmaqda olan yeni təsərrüfatların (kəndli-fermer təsərrüfatlarının, ailə təsərrüfatlarının, kənd təsərrüfatı təyinatlı birliklərin, assosiasiyaların, kooperativlərin) təbii-resurs potensiallarından tam istifadəni təmin etmək məqsədilə yerquruluşu tədbirlər sisteminin hazırlanmasında landşaft-ekoloji yanaşmaların tətbiqindən ibarətdir.