Aqrotexnologiya fakültəsi

Kimya

Kafedra müdiri: dos.  Kamandar DAŞDƏMİROV

Gəncə şəhəri, M. A. Abbaszadə küç  62

Tel. (+994 22) 252 16 50

E-mail: info@adau.edu.az

Akademik Yusif Məmmədəliyevin adını daşıyan Kimya kafedrası 1929-ci ildə təşkil edilmişdir.

Vaxtilə burada çalışmış görkəmli alimlər:

Akad.Yusif Məmmədəliyev, Prof. İ. R. Kuznetsov, akad. K.A.Krassuski, prof. Y.S.Musabəyov, prof. K. M. Rahimzadə, prof. H.İ.Səfərov, prof. M.R. Qulubəyov, prof.  Ə.A.Mambətov, prof. Q.B.Xəlilov, prof. Y.Ə.Yusifov, prof. R.M.Mustafayev.

 Kafedranın maddi-texniki bazası:

 4 proyektorla təmin olunmuş mühazirə otağı.

 Lazımi kimyəvi pereparatlarla və avadanlıqlarla təchiz olunmuş 7 laboratoriya.

Kafedranın elmi istiqaməti:

Kafedra fəaliyyət dövründə 10 nəfər elmlər doktoru, 38 nəfər fəlsəfə doktoru hazırlamışdır. Hazırda kafedranın əməkdaşları tərəfindən problem elmi tədqiqat işləri aparılır:

 Bioloji aktiv maddələrin alınması və tətbiqi mövzusunda tədqiqat mövzusu üzrə son 5 ildə 50 – dən çıx elmi məqalə və 3 patent nəşr edilmişdir. Məqalələrin 20-dən 

çoxu , Rusiya Federasiyasında, Almaniyada və Amerika Birləşmiş Ştatlarında çap olunmuşdur. 

 Təminatlı yem bazasının yaradılmasında amarantın rolu mövzusunda,elmi tədqiqat işində amerika mənşəli amarant bitkisinin Azərbaycanda becərilməsi texnologiyası və introduksiyası dərindən öyrənilmişdir və tədqiqatlar davam etdirilir.