Aqronomluq fakültəsi

Fermerlərə növbəti təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin ümumi əkinçilik, genetika və seleksiya  kafedrasının  professor əvəzi Nizami Seyidəliyev, dosent Elxan Allahverdiyev, bitkiçilik və bitki mühafizəsi  kafedrasının baş müəllimi Ramiz Əsgərov, Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Siyavuş Vəliyev, pambıq bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında , keyfiyyətlə yerinə yetirilməsi , xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması  mövzusunda növbəti  təlimi 2019-cu il 03  iyun tarixində  Ağsu və Kürdəmir  rayonlarında Dövlət Aqrar İnkişaf Mərkəzində və tarla şəraitində keçirilmişdir. Təlimdə fermerləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılmışdır.